Olivia Rosén
Psixoloq · Danışaq-ın təsisçisi
Mən Olivia Roséndir. Azərbaycan əsilliyəm, uzun illərdir İsveçdə yaşayıram və psixoloq kimi çalışıram. Danışaq-ı ona görə yaratdım ki, Azərbaycanda — xüsusilə Bakıdan kənarda — psixoloji yardım hər kəs üçün ana dilində, evdən və anonim şəkildə əlçatan olsun.
Təhsil və təcrübə
- Psixologiya təhsili — Karlstad Universiteti (İsveç); həmçinin Tailand və İstanbulda təhsil
- Stokholmda böyüklər psixiatriyasında: müalicə, psixiatrik qiymətləndirmə, internet-KDT və video seanslar, həftəlik rəqəmsal qrup terapiyaları
- Beş il uşaq və yeniyetmə psixiatriyasının stasionar bölməsində iş
- Çətin həyat şəraitində böyüyən uşaq və gənclərlə apardığı işə görə İsveçdə “Lilla psykologpriset” mükafatı
- İxtisas: koqnitiv-davranış terapiyası (KDT), internet-KDT və mentalizasiya
- Dillər: Azərbaycan, rus, isveç, ingilis
Danışaq nədir?
Danışaq Azərbaycan və rus dillərində internet əsaslı KDT proqramlarıdır: panik atak, narahatlıq, depressiya, stress, yuxusuzluq və digər mövzular üzrə. Bütün materiallar psixoloq Olivia Rosén tərəfindən hazırlanıb — elmi əsaslı, süzülmüş və gündəlik həyatda dərhal tətbiq oluna bilən üsullar.
Proqramlar · Bloq · Bilik bazası
Mediada
Müsahibədən əvvəl əlləriniz titrəyir? — BirJob
Əlaqə
Instagram @danisaq.az · Telegram @danisaq · WhatsApp +994 50 742 67 30