Məxfilik siyasəti
Son yenilənmə: 26 oktyabr 2026
Hansı məlumatları toplayırıq?
Proqram xəbərlərinə yazıldıqda yalnız e-poçt ünvanınızı və seçdiyiniz mövzunu saxlayırıq. Saytdakı qısa testin cavabları heç yerə göndərilmir — onlar yalnız sizin brauzerinizdə hesablanır və saxlanılmır.
Məlumatlardan necə istifadə edirik?
E-poçt ünvanınızdan yalnız proqramlar açılanda sizə xəbər vermək üçün istifadə edirik. Məlumatlarınızı satmırıq və reklam məqsədilə heç kimlə paylaşmırıq.
Məlumatlar harada saxlanılır?
Forma məlumatları saytın hostinq xidməti (Cloudflare) vasitəsilə qəbul edilir və təhlükəsiz şəkildə saxlanılır.
Ödəniş
Kartla ödənişləri Stripe emal edir. Kart məlumatlarınızı biz görmürük və saxlamırıq. Stripe e-poçt ünvanınızı ödəniş qəbzini və şəxsi giriş kodunuzu göndərmək üçün istifadə edir. Saytda yalnız anonim giriş kodu saxlanılır. Kodun ilk dəfə nə vaxt istifadə olunduğu və hansı ödənişli seansları açdığı (tarix və saatla) qeyd olunur — adınız, e-poçtunuz və ya IP ünvanınız olmadan. Bu qeyd yalnız texniki problemləri və ödəniş suallarını yoxlamaq üçün istifadə olunur.
Anonim irəliləyiş ölçməsi
Proqramın əvvəlində və sonunda 4 qısa sual verilir. Cavablar adınız, e-poçtunuz və ya kodunuz olmadan, yalnız təsadüfi nömrə ilə saxlanılır və yalnız proqramların təsirini ümumi şəkildə qiymətləndirmək üçün istifadə olunur. Bu sualları keçə bilərsiniz.
Açılış kampaniyası (ilk 100 nəfər)
Pulsuz kampaniyada qeydiyyatdan keçəndə e-poçt ünvanınızı və seçdiyiniz proqramı saxlayırıq. E-poçtunuzdan yalnız iki məqsədlə istifadə edirik: eyni e-poçtla ikinci pulsuz yer verilməsin deyə və proqramı bitirəndən sonra sizdən qısa rəy soruşmaq üçün. E-poçtunuzu heç kimə vermirik və reklam göndərmirik. Silinməsini istəsəniz, danisaq@danisaq.az ünvanına yazın. Fırıldaqçılığın qarşısını almaq üçün IP ünvanınızın şifrələnmiş (oxuna bilməyən) forması bir gün saxlanılır.
Anonim istifadə statistikası
Saytın necə istifadə olunduğunu görmək üçün yalnız anonim saylar qeyd olunur: neçə test tamamlanıb və nəticə səviyyəsi (cavablar yox), neçə pulsuz 1-ci seans açılıb, ödəniş düyməsinə və test paylaşımına neçə dəfə basılıb. Ziyarətçi sayı Cloudflare Web Analytics ilə ölçülür. Cookie, IP ünvanı və ya sizi tanıyan heç bir məlumat saxlanmır.
Sizin hüquqlarınız
İstənilən vaxt məlumatlarınızın silinməsini tələb edə bilərsiniz. Bunun üçün bizə yazın: danisaq@danisaq.az. Sorğunuz 30 gün ərzində yerinə yetiriləcək.
Məsuliyyətdən imtina
Danışaq psixoloji maarifləndirmə və özünə kömək resursudur və tibbi müayinə, diaqnoz və ya müalicəni əvəz etmir. Təcili vəziyyətdə 112-yə zəng edin.